AZ

93 yaşlı nənəsini spirtli içkiyə görə öldürdü

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyədə kişi 93 yaşlı nənəsini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli rayonunun Acıpayam qəsəbəsində baş verib.

40 yaşlı Osman Kızılhan gecəyarı sərxoş halda evə gəlib. Onu görən 93 yaşlı nənəsi Xanım Aişə Kızılhan nəvəsinə irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Mübahisə zamanı Osman Kızılhan plastik bidonla nənəsinin başına zərbə vurub. Nəticədə qadın yıxılaraq, ölüb.

Bundan sonra nəvə özü təcili tibbi yardıma xəbər verib və həkimlərə nənəsinin pilləkəndən yıxıldığını deyib. Lakin polis şöbəsində 15 saatlıq araşdırmadan sonra Osman cinayəti etiraf edib.

Cinayətkar həbs olunaraq, təcridxanaya yerləşdirilib. Araşdırma davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
lent.az

1Mənbələr