AZ

İrakli Kobaxidze: İctimaiyyəti sakitləşdirəcəyik

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tbilisi, 19 sentyabr, AZƏRTAC

Ölkədə radikal müxalifətin daxilində fikir ayrılıqları var. Onlar ictimaiyyətə tamam fərqli mesajlar verirlər və bunların hamısı bizim üçün sərfəlidir. Çünki bu onları tam parçalanmağa aparır. Biz də bundan istifadə edərək, son nəticədə ictimaiyyəti və ölkəni sakitləşdirə biləcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət düşərgəsindəki parçalanmanı şərh edərkən deyib.

Hökumət başçısının fikrincə, bu, düzgün prosesdir və son nəticədə hökuməti ölkəni sakitləşdirməyə aparacaq. “Bu, bizim vəzifəmizdir və bunu asanlaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik" , – deyə Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
azertag.az

4Mənbələr