AZ

Hollivud ulduzları xeyriyyə aksiyasına qoşulublar

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mütəxəssislər nəsli kəsilmiş bəzi heyvan növlərinin bərpası yolunu tapıblar. Texasda fəaliyyət göstərən "Colossal Biosciences" şirkəti üç əsr öncə yox olan Dodo quşunu həyata qaytarmaq istiqamətində mühüm irəliləyiş əldə edib. Reyting.az xəbər verir ki, şirkətin məlumatına görə, bu sahədə çalışan alimlər göyərçinlərin ilkin cinsi hüceyrələrini, yəni spermanı və yumurta hüceyrələrinin sələflərini böyük uğurla yetişdirə biliblər. İctimaiyyəti bu yeniliklə bağlı məlumatlandıran "Colossal Biosciences" şirkətinin əsas payçısı, eləcə də həmtəsisçisi və şirkətin baş direktoru olan Ben Lamm baş verən uğurlu yeniliyi "dodo quşunun bərpasına doğru atılmış vacib addım" adlandırıb. Onun sözlərinə görə, belə bir irəliləyiş eyni zamanda, növlərin qorunması və onların məhvinin qarşısının alınması üçün texnologiyalara yatırılmış sərmayələrin səmərəliliyini göstərir."Avian Genetic Group" şirkətinin genetik mütəxəssisləri də bu kəşfi "əsas mərhələ" kimi qiymətləndiriblər. Qeyd olunur ki, 1662-ci ilə qədər Mavriki adasında yaşamış, uça bilməyən və kökü kəsilmiş Dodo quşunun yenidən yaradılması artıq real perspektivə çevrilir."Colossal Biosciences" şirkətinin quşlarla iş üzrə direktoru olan Anna Keyt deyib ki, əvvəllər adi toyuqlarda istifadə edilən hüceyrələri becərmə üsulu müxtəlif səbəblərdən digər quş növlərinə uyğun gəlmirdi. Amma göyərçinlər üçün yeni reseptin tapılması vəziyyəti dəyişdi və hazırda o, ornitologiyada reproduktiv texnologiyalar üçün geniş imkanlar açır.Şirkətin investorları arasında çoxlu sayda məşhurlar, eləcə də Kris Hemsvort, Nikolas Braun, Paris Hilton kimi Hollivud ulduzları var. "Colossal Biosciences" yaxın illərdə digər nəsli kəsilmiş növlərin bərpası üçün əlavə 120 milyon dollarlıq yatırım cəlb etməyi planlaşdırır.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
reyting.az

2Mənbələr