AZ

Dərviş” şüşə xalçası Sofiyada təqdim olundu

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sofiyada Beşinci Beynəlxalq Şüşə Biennalesində Azərbaycan ilk dəfə 50 ölkədən 200-dən çox bədii şüşə sənətçisinin qatıldığı mötəbər sərgi iştirakçıları sırasında yer alıb.

Kulis.az xəbər verir ki, ölkəmizi bu nüfuzlu forumda Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllimi, bədii şüşə sənətçisi Məhər Məhərrəmov təmsil edib. O, bu nüfuzlu sərgiyə “Dərviş” adlı unikal şüşə xalçası ilə qatılıb.

Biennalenin bədii rəhbəri professor Konstantin Valçev çıxışında qeyd etdi ki, 2017-ci ildən keçirilən bu layihə artıq şüşə sənəti sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən birinə çevrilib.

O, Azərbaycanın da bu mötəbər siyahıda öz yerini almasının beynəlxalq mədəni mübadilə baxımından mühüm addım olduğunu vurğulayıb.

Milli Qalereyanın direktoru Aneliya Nikolayeva isə çıxışında şüşənin çoxdan utilitar funksiyasını aşaraq müasir heykəltəraşlığın əsas ifadə vasitələrindən birinə çevrildiyini qeyd edib.

Biennalenin icraçı direktoru, doktor Lyubomira Valçeva-Nandol bütün iştirakçılara təşəkkürünü bildirərək, sərgidə nümayiş olunan əsərlərin xüsusi müxtəlifliyi ilə seçildiyini söyləyib.

Sofiyada Milli Qalereyanın “Kvadrat 500” binasında açılan bu mötəbər sərgi noyabrın 30-dək davam edəcək və Azərbaycanın müasir bədii şüşə sənətində yeni mərhələ kimi tarixə düşəcək.

Uitni Hyustonun səsi ilə yeni konserti turu - Süni intellekt vasitəsilə...

99 yaşlı aktrisa vəfat etdi

“Yaşıl çəmən” filmi Linz Akademiyasının inkişaf proqramında

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
kulis.az

4Mənbələr