AZ

“Bu halda işçilərin gəliri azalacaq, işəgötürənlərin xərcləri artacaq” – VACİB AÇIQLAMA

Gəlir vergisi ilə bağlı 2019-cu ildən qüvvədə olan güzəştlərin müddəti 2025-ci ilin sonunda başa çatır. Bu qərar maaşların real dəyərinə və işəgötürənlərin xərclərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, güzəştlərin əsas məqsədi qeyri-dövlət və qeyri-neft sektorunda iş yerlərinin artırılması, əmək haqlarının rəsmiləşdirilməsi və şəffaflığın təmin edilməsi idi:

Qarabağ

“2019-2025-ci illəri əhatə edən güzəşt müəyyən qədər öz hədəfinə çatdı. Əmək müqavilələrində qeyd edilən məbləğlərin artması da bunu göstərdi. Lakin hökumətin təqdim etdiyi yeni büdcə proqnozları güzəştin uzadılmadığını göstərir. Bu məsələ parlament müzakirələrindən sonra dəqiqləşəcək”.

Onun sözlərinə görə, güzəşt müddəti bitdikdən sonra işçilərin əmək haqqına tətbiq edilən tutulmalar 12,5 faizdən 19,5 faizə yüksələcək:

“Hazırda maaşlardan 10 faiz pensiya fonduna, 2 faiz icbari tibbi sığorta və 0,5 faiz işsizlik fonduna tutulur. Yəni ümumilikdə 12,5 faiz. Yeni qaydada isə pensiya fonduna tutulmalar 10 faizdən 3 faizə endiriləcək, əvəzində gəlir vergisi 14 faiz olacaq. Bu isə işçilərin sərəncamında olan gəlirlərin azalmasına səbəb olacaq”.

İqtisadçı qeyd edib ki, dəyişikliklər işəgötürənlərin xərclərinə də təsir göstərəcək:

“Əvvəl işəgötürən işçiyə görə 15 faiz sosial fonda ödəyirdisə, yeni qaydada bu rəqəm 22 faizə qədər yüksələcək. Yəni işəgötürənlər də təqribən 7 faiz daha çox ödəmə etməli olacaqlar. Bu, həm işçilərin gəlirini azaldacaq, həm də işəgötürənlərin xərclərini artıracaq. Nəticədə isə büdcəyə daxilolmaların artacağı gözlənilir”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
31
1
konkret.az

2Mənbələr