AZ

Bakıda oğurluq edən şəxslər saxlanıldı

BAKI, 19 sentyabr. TELEQRAF

Bakının Nəsimi, Sabunçu və Suraxanı rayonlarında talama cinayətləri baş verib.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, beş nəfər paytaxt sakini polisə müraciət edərək ümumilikdə 2905 manat, 640 manat dəyərində qızıl-zinət əşyası və mobil telefonunun oğurlandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı K.Qurbanov, 23 yaşlı İ.Nuriyev, 31 yaşlı F.Quliyeva, 61 yaşlı Z.Bayramova və 74 yaşlı V.Quliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
45
6
teleqraf.com

7Mənbələr