AZ

Misirdə itən 3 min illik firon bilərziyinin oğurlanıb əridildiyi üzə çıxıb

Misirdə itən 3 min illik firon bilərziyinin oğurlanıb əridildiyi üzə çıxıb

Misir Daxili İşlər Nazirliyi bu ayın əvvəlində bir muzeydən itən 3 min illik qızıl bilərziyin oğurlandığını və əridildiyini açıqlayıb.

Turizm və Antik Əsərlər Nazirliyi isə bilərziyin Üçüncü Ara Dövründə eramızdan əvvəl təxminən 1000-ci ildə hökmdar olan Kral Amenemopeyə aid olduğunu bildirib. Lapis lazuli daşından hazırlanmış muncuqlarla bəzədilmiş əsər 9 sentyabrda Qahirədəki bir konservasiya laboratoriyasında yoxa çıxmışdı.

İtdikdən sonra xüsusi bir komitə yaradılaraq laboratoriyadakı eksponatlar yoxlanıb, bilərziyin şəkilləri ölkənin hava limanları, dəniz limanları və sərhəd keçid məntəqələrinə göndərilib.

Nazirliyin məlumatına görə, oğurluq muzeydə işləyən bir restavrasiya mütəxəssisi tərəfindən həyata keçirilib. Əsəri əvvəlcə bir gümüş tacirinə satan mütəxəssis daha sonra bilərziyin Qahirənin tarixi zərgərlik bazarındakı bir emalatxana sahibinə keçdiyini, son olaraq isə qızıl əridən ustaya verildiyini müəyyən ediblər. Bilərzik burada digər əşyalarla birlikdə əridilərək yenidən tökülüb.

Şübhəlilər saxlanılıb, satışdan əldə olunan təxminən 194 min Misir funt sterlinqi (təxminən 4 min dollar) isə müsadirə edilib.

Hadisə Giza piramidalarının yaxınlığında noyabrda açılması planlaşdırılan Böyük Misir Muzeyinin hazırlıqları davam edərkən baş verib. Muzey ölkənin qədim irsini dünyaya tanıtmağı və Misir turizmi üçün əhəmiyyətli gəlir mənbəyi olmağı hədəfləyir.

Seçilən
9
afn.az

1Mənbələr