Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci yarısında Gürcüstana 13 milyon 833 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 milyon 297 min dollar və ya 45% azdır. 2024-cü ilin yanvar-iyun aylarında bu məbləğ 25 milyon 130 min dollara bərabər olub.
Qeyd edək ki, birinci yarımildə Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 5,8% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!