AZ

Vitrindən Yəhudilərə giriş qadağandır! lövhəsi asılıb

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın şimalında bir mağaza sahibi vitrindən "Yəhudilərə giriş qadağandır!" - yazılı antisemit məzmunlu lövhə asıb. Reyting.az NDR radiosuna istinadla bildirir ki, hadisə Danimarka sərhədində yerləşən Flensburq şəhərində baş verib. Dükanın vitrinindən asılmış lövhədə yazılıb: "Yəhudilərə giriş qadağandır! Bu heç də şəxsi məsələ deyil, heç bir antisemitizm yoxdur, sadəcə, sizi qəbul etmirəm".Məsələ yerli mediada işıqlandırıldıqdan, eyni zamanda, şəhər sakinlərinin çoxsaylı şikayətlərindən az sonra polis işə qarışıb və mağazanın sahibindən təcili lövhənin çıxarılmasını tələb edib. Lakin mağazanın sahibi bu addımı əsaslandırmağa çalışıb. Dükan sahibi söyləyib ki, onun bu etirazı əslində, Qəzza zolağında baş verən qanlı hadisələrə bir fərdin münasibəti kimi izah edilməlidir. Flensburq şəhərinin ticarətçi sakini məhz buna görə də, ona qarşı irəli sürülmüş antisemitizm ittihamlarını rədd edib.Flensburq Şəhər Prokurorluğu dükan sahibi barəsində nifrət yaymaq ittihamı ilə cinayət işi açıb. Ona müəyyən məbləğdə cərimə kəsilə və yaxud beş ilədək həbs cəzası verilə bilər. Almaniyada Antisemitizm üzrə Tədqiqat və İnformasiya İdarələrinin Federal Birliyi tərəfindən təqdim olunmuş hesabatlara əsasən, 2024-cü ildə Almaniya ərazisində 8627 antisemit insident qeydə alınıb, bu isə 2023-cü illə müqayisədə 77 faiz çoxdur. Hətta Almaniya kansleri Fridrix Merz də bu cür xoşagəlməz mövzudan söz açmalı olub. Kansler Merz Almaniyada antisemitizmin artmasını son onilliklər ərzində bu ölkəyə gələn miqrantların sayının çoxalması ilə əlaqələndirib.Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
reyting.az

2Mənbələr