AZ

Bakıda bu yolda hərəkət tam məhdudlaşdırılacaq - RƏSMİ

Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar olaraq iki yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli olaraq məhdudlaşdırılacaqdır

Day.Az xəbər verir ki, bu barədə AAYDA-dan məlumat verilib.

Bildirilib ki, 20 sentyabr 2025-ci il saat 08:00-dan 21 sentyabr 2025-ci il saat 22:00-dək Yasamal rayonunda aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaqdır:

1. Cəfər Cabbarlı küçəsində - A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinədək olan hissədə;

2. Xarici Dairəvi avtomobil yolunun yan yolunda - Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə.

Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur.

Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınıza görə təşəkkür edirik.

Seçilən
7
14
day.az

10Mənbələr