AZ

İsrailin müdafiə naziri Yəmən husilərinin liderini ölümlə hədələyib

İsrailin müdafiə naziri İsrael Katz Yəmənin Ənsarullah Hərəkatının liderini ölümlə təhdid edib...

APA xəbər verir ki, nazir Əbdülməlik əl-Husinin öldürüləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Əbdülməlik əl-Husi, sənin də vaxtın çatacaq. Sən cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və “Şər oxu”nun digər başqa üzvləri ilə görüşməyə göndəriləcəksən. Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ rəngli bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”, - Katz “X” hesabında qeyd edib.

Poliqon.info

 

 

Seçilən
18
4
poliqon.info

10Mənbələr