AZ

Diqqətli olun! – Marketlərin yeni endirim FIRILDAĞI

Bakıda bəzi iri marketlərdə müştərilər endirim adı ilə aldadılır.

Tribunainfo.az  bildirir ki, milli.az-ın məlumatına görə, bəzi marketlərdə məhsulun üzərində endirimli qiymət qeyd olunsa da, tərəzidə endirimsiz qiymət vurulur. Buna irad bildirdikdə isə işçi bildirir ki, endirimli qiymət hələ sistemə vurulmayıb, kassada endirimli qiymətlə keçəcək. Kassada isə çekdə nə qiymət yazılıbsa o vurulur.

Digər bir aldatma üsulu isə endirimli məhsulun yerini dəyişməkdir. Məsələn, endirimə düşməyən məhsulu endirim çeki olan rəfə yerləşdirərək müştərinin fikrini yayındırırlar. Müştəri kassa çekinə fikir vermədikdə endirimə düşməyən məhsulun pulunu ödəyərək “ruhu belə incimədən” aldadılır.

Belə halların qarşısını almaq üçün müştərilər alış zamanı həmişə çekə diqqət yetirməli və qiymət fərqliliklərini dərhal işçilərə bildirməlidirlər.

Qeyd edək ki, bu kimi hallar müştərilər arasında etibarsızlıq yaradır.

Seçilən
21
5
tribunainfo.az

6Mənbələr