Ordubad şəhərinin 78 yaşlı sakini Hicrət Yusifova peşə təhsili alacaq.
Milli.Az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, o bu il Ordubad Peşə Liseyinin "Xalçaçı" ixtisasına qəbul olub.
Qeyd edək ki, Hicrət Yusifova 19 noyabr 1946-cı ildə Ordubad şəhərində anadan olub. Onun 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. 25 il Ordubad ipək kombinatında çalışıb.
"Azərbaycan müəllimi"nə açıqlama verən Hicrət Yusifova deyir ki, xalça toxumağa hər zaman həvəsi olub: "Bu il Ordubad Peşə Liseyində xalça qrupunun açıldığını görəndə çox sevindim. Tələbə adı qazandığım üçün çox sevincliyəm".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)