AZ

Tramp onu tənqid edən TVl-ərin lisenziyalarının ləğvini istəyir

Prezident Donald Tramp onun fəaliyyətini tənqid edən televiziya şəbəkələrinin lisenziyalarını ləğv etməyi təklif edib.

AzPost bildirir ki, BBC xəbərinə görə, Amerika prezidenti bunu Air Force One-da jurnalistlərə deyib. O, iddia edib ki, 2024-cü il seçki kampaniyası zamanı şəbəkələrin 97%-i Tramp haqqında mənfi yazılar yazıb.

“Onlar  mənə qarşı ancaq pis reklam aparır, mətbuatın diqqətində belə saxlayırlar. Üsəlik lisenziyalarını da alırlar. Düşünürəm ki, onların lisenziyası ləğv edilməlidir”, – deyə Tramp vurğulayıb.

Federal Rabitə Komissiyasının sədri Brendan Karr Fox News-a bildirib ki, agentlik yayımçılardan ictimai maraqlara riayət edilməsini tələb edirvə edəcək. Yayımçılar bu qərarı bəyənməsələr, lisenziyalarını geri ala bilərlər.

AzPost.az

Seçilən
34
1
azpost.info

2Mənbələr