AZ

Xalq artisti xəstəxanadan evə buraxıldı

BAKI, 19 sentyabr. TELEQRAF

"Həyat yoldaşımın səhhəti normaldır. Ev şəraitində müalicəsi davam edir. Ötən gün xəstəxanadan evə buraxılıb".

Bunu Teleqraf-a açıqlamasında Xalq artisti, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcovun həyat yoldaşı Elmira Fərəcova deyib.

Qeyd edək ki, Xalq artisti Sərdar Fərəcovun Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdilimişdi. Ona kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunmuşdu.

Seçilən
22
teleqraf.com

1Mənbələr