AZ

Lənkəranda AĞIR QƏZADA həlak olan məktəblilərin fotosu

Lənkəranda məktəbə gedərkən avtomobillə vurularaq həlak olan bacı-qardaşın fotoları yayılıb.
 
Moderator.az 11 yaşlı Ramid Əliyev və bacısı, səkkiz yaşlı Gülay Əlizadənin fotolarını təqdim edir:
 
09:24
 
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə bu gün səhər saatlarında rayonun Şovu kəndində qeydə alınıb.
 
Hərəkətdə olan "Mercedes" markalı avtomobil kənddə məktəbə gedən 2014-cü il təvəllüdlü Ramid Əliyev və onun bacısı, 2017-ci il təvəllüdlü Gülay Əlizadəni vurub.
 
Yaralılar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxs xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
26
3
moderator.az

6Mənbələr