AZ

“İmişli” CAS-a müraciət edəcək

Misli premyer-liqasının 4-cü turunda “İmişli” “Sumqayıt”a qalib gəlsə (1:0) də, protokolda adı olmayan İbrahim Əliyevi meydana buraxdığı üçün AFFA İntizam Komitəsinin qərarı ilə texniki məğlubiyyətlə üzləşdi.

“İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov “Football-plus.az”a açıqlamasında İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət edəcəyini açıqladı. Bu müraciət də müsbət nəticə verməsə, klub Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutacaq.

Görünür, Aran təmsilçisi haqlı olduğunu düşünür və özünə güvənir.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
12
1
football-plus.az

2Mənbələr