"Ayntraxt" (Frankfurt) baş məşqçisi Dino Toppmölleri postunda saxlamaq istəyir.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Almaniya təmsilçisi 44 yaşlı mütəxəssisə yeni müqavilə təklif edib.
Frankfrut təmsilçisinin rəhbərliyi Toppmöllerin müqavilə müddətini 2030-cu ilə qədər artırmaq fikrindədir.
2023-cü ildən “Ayntraxt”ı çalışdıran Dinonun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Xatırladaq ki, o, “Virton”da (Belçika) baş məşqçi, “Leyptsiq”, “Bavariya” klublarında isə köməkçi məşqçi kimi işləyib.
saytlarin hazirlanmasi