AZ

Ərdoğan Mitsotakis ilə görüşəcək: Hansı mesajı verəcəklər?

Yunan mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin sentyabrın 23-də Nyu-Yorkda görüşəcəyini yazıb.

Publika.az xəbər verir ki, “Kathimerini” qəzetinin iddiasına görə, Ərdoğan və Mitsotakis Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyası zamanı görüşəcəklər.

Qəzet yazır ki, bu məlumat Afina hökumətindəki mənbələr tərəfindən də təsdiqlənib.

Bildirilib ki, Ankara ilə Afina arasında münasibətlərdə gərginlik artsa da, tərəflər son vaxtlar diplomatik təmasları intensivləşdiriblər. Həmçinin görüşdən böyük nəticələr gözlənilməsə də, Mitsotakis danışıqlardan sonra sakitlik və sabitlik mesajı verə bilər.

Qəzet, həmçinin BMT-nin Nyu-Yorkdakı sessiyası çərçivəsində Ankara və Afina arasında daha bir yüksək səviyyəli görüşün keçirilə biləcəyini yazıb.

Seçilən
25
publika.az

1Mənbələr