AZ

Qarabağ Universitetinin yeni yataqxana kompleksi istifadəyə verilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xankəndi, 19 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC

Müasir kampus konsepsiyasına uyğun əsaslı təmir işləri aparılmış 7 mənzil tipli binadan ibarət yeni yataqxana kompleksi Qarabağ Universitetinin tələbələrinin istifadəsinə verilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müvafiq yaşayış şəraiti yaradılmış 312 mənzil zəruri avadanlıqlarla təchiz edilib.

Ümumilikdə, 30 min kvadratmetr mənzil sahəsi olan yataqxana kompleksində 1700 tələbənin yaşaması nəzərdə tutulub.

Qeyd edək ki, Qarabağ Universitetinin ötən il istifadəyə verilmiş digər tələbə yataqxanası 6 mənzil tipli binadan ibarətdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
31
azertag.az

10Mənbələr