AZ

Qabon millisinin basketbolçusu "Lənkəran"da

"Lənkəran" daha bir legionerlə heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə cənub təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub Qabon millisinin basketbolçusu Antoni Tseqakele ilə müqavilə bağlayıb.

Kanada vətəndaşlığı da olan 25 yaşlı basketbolçu 196 sm boya malik hücumçudur. Antoni buna qədər Fransa Pro A Liqasında "Roanne", Tanzaniyada "Pazi" və Kanadada "Saskatçevan Reytls" klublarının şərəfini qoruyub.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Ehsan Şabani, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum və Akit Çoudharinin transferini həyata keçirib.

İdman.biz

Seçilən
3
2
idman.biz

5Mənbələr