AZ

Reuters: "ABŞ Əfqanıstana yenidən girə bilər"

Bu barədə Britaniyanın "Reuters" xəbər agentliyi ABŞ hökumətinin adları çəkilməyən keçmiş və hazırkı nümayəndələrinə istinadənməlumatyayıb. Müsahiblərin sözlərinə əsasən, Vaşinqton aviabazanı təkrarən nəzarətə götürmək üçün buraya10 mindən çox hərbçi, habelə müasir tipli hava hücumundan müdafiə sistemləri yerləşdirməlidir.

"Düzdür, ABŞ rəhbərliyi aviabazanı hərbi yolla geri almağı nəzərdən keçirmir, ancaqistənilən addım Əfqanıstanın yenidən işğalına oxşaya bilər.Hər halda, aviabaza nəzarətə götürülsə belə,onun ətrafı da "təmizlənməlidir" ki, qoşunlarımıza qarşı hücum təhlükəsi yaranmasın.Əlbəttə, bu da xeyli zəhmətli işdir", – hökumət nümayəndələri vurğulayırlar.

(Əfqanıstandakı "Bəgram" aviabazası)

Donald Tramp aviabazanın təzədən Vaşinqtona qaytarılması ilə əlaqədar niyyətini ötən günlərdə Britaniyada Baş nazir Kir Starmerlə birgə mətbuat konfransında diqqətə çatdırıb. Onun sözlərinə görə, belə bir addımın əsas səbəbi sözügedən aviabazanın "Çinin nüvə silahları hazırladığı yerdən cəmi bir saatlıq uçuş məsafəsində yerləşməsidir".

Məlumat üçün bildirək ki, ölkənin şərqində yerləşən "Bəgram" 2001-2021-ci illərdə Əfqanıstanda ABŞ-nin rəhbərliyindəki beynəlxalq koalisiyanın ən böyük aviabazası idi. 2021-ci il iyulun 1-də ABŞ Ordusu aviabazadan çıxmış, avqustun 15-də "Taliban" qruplaşması burada nəzarəti ələ keçirmişdi.

Firudin Həmidli
AzVision.az
Seçilən
7
1
azvision.az

2Mənbələr