AZ

Tramp: “Putin məni həqiqətən ruhdan saldı”

Ajans.az xəbər verir ki,mətbuat konfransı Trampın Böyük Britaniyaya dövlət səfəri çərçivəsində cümə axşamı başa çatan danışıqlarından sonra keçirilib. Baş nazir Starmer çıxışı zamanı bildirib ki, son günlərdə Rusiya Ukraynadakı müharibə başlayandan bəri ən böyük hücumu həyata keçirib: “Putin daha çox qan tökərək, daha çox günahsız insanın ölümünə səbəb oldu və NATO hava məkanını görünməmiş şəkildə pozdu. Bunlar sülh axtaran bir liderin addımları deyil”, – deyə Starmer qeyd edib. O, əlavə edib ki, Tramp ilə birgə “Putinə təzyiqi necə artırmaq və onu sülh danışıqlarına məcbur etmək yollarını” müzakirə ediblər. Tramp isə öz növbəsində bildirib ki, onun Rusiya prezidenti ilə şəxsi münasibətləri sayəsində Ukrayna müharibəsinin başa çatdırılması "ən asan həll olunacaq münaqişə" ola bilərdi. Lakin Tramp əlavə edib: “O, məni ruhdan saldı. O, həqiqətən də məni ruhdan saldı”. ABŞ Prezidenti bəzi ölkələrin Rusiya neftini almaqda davam etməsinə də narazılığını ifadə edib: “Bəzi ölkələr faktiki olaraq bu müharibəni maliyyələşdirirlər. Neftin qiyməti düşsə, Putinin müharibəni dayandırmaqdan başqa yolu qalmayacaq”, – deyə o bildirib. Jurnalistlərin “Putinə təzyiq göstərmək üçün konkret hansı addımları atmağı planlaşdırırsınız?” sualına Tramp konkret cavab verməyib, lakin belə deyib: “Ümid edirəm ki, tezliklə sizin üçün yaxşı xəbərlərimiz olacaq”.

 

Seçilən
29
Ajans.az

1Mənbələr