AZ

Ukrayna ABŞ a PUA və silah alışı ilə bağlı genişmiqyaslı sazişlər təklif edib

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna ABŞ-a pilotsuz uçuş aparatları (PUA) və silah alışı ilə bağlı genişmiqyaslı sazişlər təklif edib. Hazırda bu təkliflər müzakirə masası üzərindədir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünü “Telegram” kanalında paylaşım edib.

Prezident bildirib ki, Ukrayna ABŞ Prezidenti Donald Trampın bütün diplomatik təşəbbüslərinə razılıq verib, lakin Rusiya bu çağırışlara məhəl qoymur.

Bu səbəbdən, Zelenskiyə görə, PURL proqramını, sursat və silahların birgə istehsalı və təhlükəsizlik zəmanətlərini daha fəal inkişaf etdirmək lazımdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
3
apa.az

4Mənbələr