AZ

Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Sentyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağışyağacağı gözlənilir. 19-dan 20-nə keçən gecə və səhər yarımadanınayrı-ayrı yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağıehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18, gündüz 19-21 dərəcə isti olacaq.Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununayüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterliyağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıqərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərbküləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 20-25, dağlarda gecə 1-5,gündüz 5-9 dərəcə isti olacaq.

Seçilən
19
49
az.trend.az

10Mənbələr