AZ

“Günah uşaqlarda yox, yalnız böyüklərdədir...” Foto

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün səhər saatlarında Lənkəran-Lerik yolunun Şovu kəndindən keçən hissəsində avtomobilin dərsə gedən məktəbli bacı-qardaşı vurub öldürməsi cəmiyyətdə məyusluq yaradıb.

“Qafqazinfo” xəbər verir ki, nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qəza haqda fikirlərini paylaşıb. 

O, baş vermiş hadisədə günahın uşaqlarda yox, böyüklərdə olduğunu deyib: “Təəssüf ki, belə acı xəbərlər gəlməkdədir. Nə qədər ki, real bir iş görülməyəcək, belə xəbərlər də gəlməkdə davam edəcək... 8 və 9 yaşlı bacı-qardaş “Mercedes” markalı avtomobillə vurulub və hər ikisi dünyasını dəyişib. Çox ağır faciədir. Onların valideynlərinə və yaxınlarına təsəlli verəcək söz tapmaq çox çətindir.

Hadisəyə hüquqi qiymət vermək fikrində deyiləm, bunun üçün təfərrüatları da bilmirəm. Lakin bircə şeyi dəqiq bilirəm. Bu faciədə həmin uşaqların heç bir günahı yoxdur. Günah yalnız böyüklərdədir: təhlükəsiz yol tikə bilməyən, yol hərəkətini təhlükəsiz təşkil edə bilməyən, təhlükəsiz avtomobil idarə edə bilməyən, təhlükəsiz sürücü hazırlaya bilməyən, uşaqlara yollarda təhlükəsiz davranışı öyrədə bilməyən böyüklərdə...”

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
5
qafqazinfo.az

10Mənbələr