AZ

AzerGold QSC-də növbəti qanvermə aksiyası keçirilib

AzerGold QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə növbəti qanvermə aksiyası təşkil edilib.

Aksiyada AzerGold QSC-nin və onun törəmə müəssisəsi olan Daşkəsən Dəmir Filiz MMC-nin əməkdaşları iştirak edərək, könüllü şəkildə qan veriblər.

Tədbir Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilib. Donorların sağlamlıq vəziyyəti əvvəlcə müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra qan nümunələri götürülüb.

Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.

Seçilən
38
11
axar.az

10Mənbələr