Bakı. Trend:
Parisdə ötən gün həmkarlar ittifaqlarının elan etdiyi tətil vəetiraz aksiyaları fonunda baş vermiş küçə toqquşmalarında 100-dənçox insan saxlanılıb.
Trend xəbər verirki, bu barədə Paris polisinin prefekti Loran Nunyes açıqlamaverib.
“Ümumilikdə 103 nəfər saxlanılıb, onlardan 89 –u barəsindəinzibati həbs seçilib”, -deyə o bildirib.
Rəsminin sözlərinə görə, saxlanılmaların böyük hissəsi birbaşanümayiş zamanı həyata keçirilib.
Fransa DİN-inin məlumatına görə, hökumətin iqtisadi siyasətinəqarşı həmkarlar ittifaqlarının keçirdiyi nümayişlər ümumilikdə ölkəüzrə 500 mindən çox iştirakçını toplayıb. Qurumun rəhbəri BryunoRetayo bildirib ki, 300-dən çox şəxs saxlanılıb. Lakin “Ümumi ƏməkKonfederasiyası” (CGT) həmkarlar ittifaqının hesablamalarına görə,həmin gün küçələrə 1 milyondan çox insan çıxıb.