AZ

Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib - FOTO

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və “Bank Respublika”nın birgə təşkilatçılığı ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, layihənin ilk tədbiri Şərur rayonunda keçirilib. Tədbir çərçivəsində sahibkarlarla görüşlər təşkil olunub, ehtiyaclarına uyğun dövlət maliyyə dəstəyi imkanları təqdim edilib. Həmçinin sahibkarlara güzəştli maliyyə vəsaitlərinin əldə olunması qaydaları və digər zəruri məsələlər barədə ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi rayonlarda fəaliyyət göstərən sahibkarların dövlət dəstək mexanizmləri barədə məlumatlandırılması və onların maliyyə resurslarına çıxış imkanlarının artırılmasıdır. Tədbir zamanı sahibkarlara maarifləndirici bukletlər də təqdim olunub.

Layihə sahibkarlar tərəfindən maraqla qarşılanıb və növbəti mərhələdə muxtar respublikanın digər bölgələrində də davam etdirilərək, daha geniş sahibkar kütləsinin əhatə olunması nəzərdə tutulur.

Seçilən
18
4
sia.az

5Mənbələr