BAKI, 19 sentyabr. TELEQRAF
Beyləqan şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Beyləqan şəhərində ümumi sahəsi 16 m² olan bərbərxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.