AZ

Dünya Bankı Azərbaycana qrant ayırdı

Azərbaycan "Grant Facility for Project Preparation" mexanizmi çərçivəsində Dünya bankının əsas qurumlarından olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından 2 milyon ABŞ dolları həcmində qrant əldə edib.

Trend bu barədə Dünya Bankına istinadən xəbər verir.

Bankın sənədlərində qeyd edilir ki, qrantın ayrılmasında məqsəd gələcəkdə Bakının şəhər mühitinin dayanıqlılıq və təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə qaldırmağa imkan verəcək layihəyə hazırlıq üzrə tədbirlərin maliyələşdirilməsi olub.

Məlumata görə, vəsaitlər Bakıda şəhər infrastrukturunun, ictimai məkanların və binaların keyfiyyətinin, təbii fəlakətlərə və iqlim dəyişikliklərinə dayanıqlılığının yaxşılaşdırılmasına yönəlmiş layihənin hazırlanmasına sərf olunacaq.

Qeyd olunur ki, qrant müvafiq məqsədlərlə fonda toplanmış vəsaitlərin hesabına ayrılır və onun verilməsi Dünya Bankının əsas layihəni sonrakı maliyyələşdirməsi üzrə avtomatik öhdəlik yaratmır.

"Sənəddə bildirilir ki, qrant hesabına maliyyələşdirilən hazırlıq mərhələsi müasir ekoloji və iqlim çağırışlarını nəzərə almaqla Bakının şəhər infrastrukturunun inkişafına yönəlmiş gələcək investisiyaların əsasını təşkil edəcək".

Seçilən
39
3
gundem.az

4Mənbələr