AZ

BANM in tələbəsi: “TEKNOFEST”ə təqdim etdiyimiz layihələr azyaşlılara da şamil olunur

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

İstanbul, 19 sentyabr, Günel Karatepe, AZƏRTAC

Biz, “Zəngəzur BHOS” komandası olaraq “TEKNOFEST 2025” də Bakı Ali Neft Məktəbini (BANM) təmsil edirik. Komandamızda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr var və üç layihə ilə festivala qatılmışıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında BANM-in Biznesin idarəedilməsi fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü Çingiz Məmmədov bildirib. Hazırda maliyyə texnologiyaları kateqoriyasında yarışdıqlarını qeyd edən Çingiz deyib: “Bu kateqoriya üzrə Azərbaycandan ümumilikdə beş layihə var və hər biri Bakı Ali Neft Məktəbi tərəfindən təqdim edilib. Şirkətlərə maliyyə süktoru üzrə müxtəlif təkliflər irəli sürən, fərqli məqsədlər daşıyan bu layihələrdən üçü bizim komandaya aiddir. Bunlar bəzi fəaliyyətlərdə ənənəvi üsullardan fərqli olaraq, daha səmərəli və qısa müddət ərzində süni intellekt vasitəsilə maliyyə müəssisələrinə, banklara müxtəlif həll yolları təklif etmək, bank kartlarından qanunsuz yollarla pulların çəkilməsinin, bu istiqamətdə saxtakarlıqların hər bir müştəri üçün tətbiq olunacaq fərdi davranış analizi üzərindən qarşısının alınması kimi məsələlər daxildir. Layihələrimiz böyüklərlə yanaşı, uşaqlara da şamil olunur. Onlardan biri azyaşlıların maliyyə biliklərinin artırılması, eləcə də onlara vəsaitin idarə olunmasının öyrədilməsi kimi sahələri əhatə edir. Layihələrimizin festivalda uğurlu yer tutacağına ümidvarıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
azertag.az

2Mənbələr