AZ

Özbəkistanda İtaliya universitetinin filialı açılır

BAKI, 19 sentyabr. TELEQRAF

Özbəkistanın Səmərqənd şəhərində İtaliyanın Tuşia Universitetinin filialı açılacaq.

Teleqraf xəbər verir ki, filialın rəsmi açılış mərasimi sentyabrın 30-da keçiriləcək.

Universitet kənd təsərrüfatı istiqamətində fəaliyyət göstərir.

Artıq Tuşia Universiteti ilə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi arasında bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsi üçün müvafiq işlərə başlanılıb.

Qeyd edək ki, may ayında İtaliya Baş naziri Corciya Meloni Özbəkistana səfəri çərçivəsində Tuşia Universitetinin prorektoru Alvaro Marussi Səmərqənd Kənd Təsərrüfatı İnnovasiyaları və Tədqiqatları İnstitutunda olub və qarşılıqlı danışıqlardan sonra institut ilə Tuşia Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Seçilən
10
teleqraf.com

1Mənbələr