AZ

Rusiyadan NATO ölkələrinə hücum mesajı: Hazırıq!

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Zapad-2025 hərbi təlimləri zamanı Rusiya Qərb ölkələrinə Kalininqradın müdafiəsinə hazır olduğunu nümayiş etdirdi”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Aleksandr Zimovski deyib.

“Təlimlər müdafiə xarakterli olsa da, Rusiya və Belarus qoşunlarının hərəkətlərinin təhlili nəticəsində məlum oldu ki, əsas motivlərdən biri əks-hücum əməliyyatlarına hazırlıqdır. Beləliklə, Rusiya NATO-nun Kalininqrad vilayətinə potensial təcavüzünə cavab üzərində işləyir. Nüvə komponentinin müdafiə planına daxil edilməsi xüsusilə vacib göstəricidir”, – o bildirib.

Qeyd edək ki, sentyabrın 12-də başlayan təlimlər 5 gün davam edib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
globalinfo.az

1Mənbələr