AZ

Ali Attestasiya Komissiyası: 29 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olundu

BAKI, 19 sentyabr. TELEQRAF

Bu gün Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 7 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 32 iddiaçıya diplomlar və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Bu barədə Teleqraf-a komissiyadan məlumat verilib.

Bildirilib ki, 29 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub:

"Bu iddiaçılar biologiya, tibb, tarix, filologiya, pedaqogika və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş şəxslərdir. Tibb elmləri üzrə “Mamalıq və ginekologiya”, iqtisad elmləri üzrə “Ümumi iqtisadiyyat” və pedaqogika üzrə “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisaslarında hər bir sahə üzrə 1 iddiaçıya dosent attestatı təqdim edilib", - məlumatda vurğulanıb.

Seçilən
4
teleqraf.com

1Mənbələr