AZ

İsrailin genişlənmə siyasətinə qarşı gizli razılaşmalar əldə edilib - Türkiyə XİN rəhbəri

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Qətərdə keçirilən fövqəladə zirvənin pərdəarxası detallarını açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazir bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə toplantısı nəticəsində yayımlanan yekun bəyanatdan əlavə, liderlərin qapalı görüşlərində İsrailin bölgədəki genişlənmə siyasətinə qarşı mediaya açıqlanmayan mühüm qərarlar qəbul edilib.

9 sentyabrda İsrail ordusu Qətərin paytaxtı Dohada sülh danışıqları aparan HƏMAS nümayəndə heyətinin yerləşdiyi binaya hava hücumu təşkil etmişdi. HƏMAS rəhbərliyi xilas olsa da, HƏMAS Siyasi Bürosunun üzvü Xalil əl-Hayyənin oğlu, dörd HƏMAS üzvü və bir qətərli polis olmaqla 6 nəfər həyatını itirmişdi. Bu hadisə “İsrailin Qətərə qarşı ilk birbaşa hərbi hücumu” kimi qeyd olunub.

Hadisə beynəlxalq ictimaiyyətin kəskin etirazına səbəb olub. ABŞ Prezidenti Donald Tramp “bizim xəbərimiz yox idi” desə də, ABŞ mediası bu açıqlamanı yalanlayan məlumatlar yayımlayıb. İsrail Baş naziri Benyamin Netanyahu isə Qətəri açıq şəkildə hədələyərək, “Ya onları təhvil verin, ya da biz özümüz bunu edəcəyik” ifadələrini işlədib.

İsrailin hücumunun ardından İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası təcili toplantı keçirərək Qətərdə birgə zirvə təşkil edib. Yekun sənəddə “İsrailə qarşı ortaq addım atılmalıdır” çağırışı ön plana çıxıb.

Seçilən
12
turkic.world

1Mənbələr