AZ

Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilib

Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilib.

Far.Az report-a istinadən xəbər verir ki, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, o cümlədən digər komitə sədrləri, dəvət olunan dövlət qurumlarının rəsmiləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

*** 10:03

Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir.

Far.Az report-a istinadən xəbər verir ki, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri, həmçinin aidiyyəti qurumların rəhbər şəxsləri iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür.

Seçilən
17
2
far.az

3Mənbələr