AZ

13 illik fasilə başa çatdı: Türkiyə bu ölkə ilə dənizdə hərəkətə keçir

Türkiyə və Misir dəniz yurisdiksiyası mübahisələrinin və geosiyasi münaqişələrin intensiv olduğu Şərqi Aralıq dənizində kritik addım atıb.

Gundem.az xəbər verir ki, iki ölkə 13 illik fasilədən sonra Şərqi Aralıq dənizində “Dostluq dənizi” təlimi keçirəcək.

Sentyabrın 22-26-da baş tutacaq təlimin məqsədi Türkiyə ilə Misir arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyətin artırılmasıdır.

Türkiyə mətbuatına görə, bu təlim Qahirə ilə Ankara arasında münasibətlərin son vaxtlar normallaşması istiqamətində hərbi sahədə konkret addım hesab olunur.

Qeyd edək ki, 2013-cü ildə Misirdə baş verən çevrilişdən sonra Ankara-Qahirə münasibətlərində geriləmə olmuşdu. /Publika.az

Seçilən
7
3
gundem.az

4Mənbələr