AZ

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərginin Təşkilat Komitəsi tərəfindən tanınmış şair Rüstəm Behrudi və şair-esseist Qismət Rüstəmov sərginin fəxri yazarları seçiliblər.Qeyd edək ki, sərgidə paytaxt sakinlərinin və qonaqların rahat iştirakını təmin etmək məqsədilə “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə mütəmadi xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək. Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır. Bütün ziyarətçilər üçün giriş ödənişsizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
6
apa.az

9Mənbələr