Fransa Daxili İşlər Nazirliyi ölkənin bütün bölgələrinin merlərinə gələn həftə ictimai yığıncaq binalarında Fələstin Dövlətinin bayrağını dalğalandırmamağı tapşırıb.
Buna səbəb Fransanın növbəti həftə BMT Baş Assambleyasının iclasında Fələstini dövlət kimi tanıyacağı və buna görə də neytrallığı qorumaq istəyidir.
“İctimai xidmətdə tərəfsizlik bu cür nümayişləri qadağan edir. Fələstin bayraqlarının dalğalandırılması ilə bağlı hər hansı bir mer qərar verərsə, bu qərar məhkəmələrə yönləndirilməlidir”, - Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib./APA
Tarix: 19 Sentyabr 2025, 12:46