AZ

Məşhur UFC döyüşçüsü Kuinton Ceksonun oğlu həbs edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur UFC döyüşçüsü Kuinton "Rempeydj" Ceksonun oğlu Raca həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "MK.ru" "Telegram" kanalı məlumat verir.
Xatırladaq ki, Raca avqust ayında keçirilən restlinq-şou (güləş nümayişi) zamanı peşəkar güləşçi Sayko Styunu vəhşicəsinə döyüb və nəticədə güləşçi huşunu itirərək xəstəxanaya yerləşdirilib.
Hadisə Kaliforniyada "Knokx Pro Wrestling" şousunda baş verib, buna səbəb isə şoudan əvvəl Racanın başına pivə qutusu ilə vurulması olub. Həmçinin üç peşəkar döyüş keçirmiş Raca şou zamanı özünü ələ ala bilməyib və səhnələşdirilmiş zərbələr əvəzinə real yumruqlardan istifadə edib. Hadisədən sonra o, günahını etiraf edib.
Hüquq-mühafizə orqanları Raca Cekson üçün 50 min dollar məbləğində girov təyin edib. Atası isə bu girovu ödəmək niyyətində deyil.
"Düşünürəm ki, o, bir müddət həbsxanada qalmalı və ictimaiyyətin xeyri üçün işləməlidir", - deyə Kuinton Cekson bildirib.
Seçilən
93
50
oxu.az

10Mənbələr