AZ

Ukraynalı əsgərlərə işgəncə verən rusların logistika mərkəzi vurulub

Ukraynalı

Bu gecə Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Rusiya Federasiyasının 810-cu Əlahiddə Dəniz Briqadasının Kursk vilayətində yerləşən logistika mərkəzinə zərbələr endirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Telegram”da Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Zərbə 810-cu briqadanın material, silah-sursat və hərbi texnika anbarlarına dəyib.

Xüsusi Əməliyyat Qüvvələri xatırladıb ki, işğal olunan Sevastopolda yerləşən 810-cu dəniz piyada briqadası Şimali Slobojanski istiqamətində hücum əməliyyatlarında fəal iştirak edir. Bu briqadanın şəxsi heyəti hərbi cinayətlərdə, o cümlədən ukraynalı hərbi əsirlərin edamında iştirak edir.

Bildirilir ki, dünən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli pilotsuz təyyarələri Başqırdıstana qədər uçub və Rusiyanın ən böyük neft emalı və neft-kimya zavodlarından birini - “Qazprom Neftexim Salavat” MMC-ni vurub.

V. QULİYEV
Seçilən
17
1
reyting.az

2Mənbələr