AZ

Türkiyədə meşə yanğınları genişlənir

Türkiyənin Aydın, Antalya və Muğla vilayətlərində meşə yanğınları davam edir.

Doğru.az xəbər verir ki, alova müdaxilə üçün bölgəyə 14 təyyarə, 20 helikopter, 153 yanğınsöndürən maşın, 14 iş texnikası və 815 nəfər canlı qüvvə cəlb edilib.

Bəzi ərazilərdə yanğın nəzarət altına alınsa da, Antalya və Muğlada güclü külək alovun yaşayış yerlərinə yaxınlaşmasına səbəb olub və bir neçə sakin təxliyə edilib.

Yanğınlarla mübarizə davam edir.

DOĞRU.AZ

Seçilən
32
2
dogru.az

4Mənbələr