AZ

Separatçılar diz çökdürüldü

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.   Cəmi  44 gün ərzində düşmənin silahlı dəstələrini məhv edən rəşadətli Ordumuz  Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi.  Xalqımızın 30 illik həsrəti və nisgili bitdi. Azərbaycan xalqı öz tarixi torpaqlarına, ata ocaqlarına qovuşdu.  Prezident, Müzəffər  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən  parlaq Zəfər   tariximizə qızıl hərflərlə yazıldı.

Qazanılan tarixi Zəfərdən sonra Azərbaycan sülh çağrışları edir, dəfələrlə Ermənistanı sülhə dəvət edirdi. Lakin işğalçı dövlət hər dəfə müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırır, eyni zamanda suveren ərazilərimizdə terrorçu dəstələri ilə silahlı təxribatlarını davam etdirirdi.

Prezident İlham Əliyev çıxışlarında bölgədə heç bir qanunsuz birləşmələrin varlığına imkan verilməyəcəyini, Qarabağ ərazisində Azərbaycan qanunlarının bərpa olunacağını bəyan edirdi.     

Ermənistana aid silahlı dəstələr   tərəfindən  işgaldan azad edilmiş ərazilərimizdə terror aktlarının törədilməsi, bunun nəticəsində mülkü vətəndaşlarımızın, hərbi qulluqçularımızın  həlak olması səbr kasamızı daşıran son hadisə oldu. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə qüdrətli ordumuz 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Antiterror əməliyyatı cəmi 23 saat davam etdi  və sentyabrın 20-də başa çatdı.   Rəşadətli Ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək öz gücünü, nəyə qadir olduğunu  bir daha düşmənə , onların havadarlarına nümayiş etdirdi.

Lokal xarakterli antiterror əməliyyatının nəticəsi olaraq separatçılar diz çökdürüldü, Azərbaycan  torpaqlarında terrorcu dəstələrin kökü kəsildi,  Respublikamızın suverenliyi tam bərpa edildi.    Dövlət Bayrağımız bu gün suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Bu gün işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış Proqramı uğurla icra edilir.

Qısa zamanda görülən işlərə baxdıqda əminliklə demək olar ki, bu ərazilər tezliklə çənnətə çevriləcək.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Seçilən
13
1
yeniazerbaycan.com

2Mənbələr