AZ

Beş ölkə "Avroviziya"dan imtina etdi

Beş ölkə İsrailin "Avroviziya"da iştirak edəcəyi təqdirdə gələn ilki müsabiqəni boykot edəcəklərini açıqlayıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bunlar Hollandiya, İrlandiya, İspaniya, İslandiya və Sloveniyadır. 
 
İlk olaraq İrlandiyalı yayım şirkəti RTÉ müsabiqədən çəkildiyini rəsmi elan edərək, Qəzzada davam edən dəhşətli insan itkisini, jurnalistlərin öldürülməsini və mediaya çıxışın məhdudlaşdırılmasını əsas gətirib.

İspaniyanın mədəniyyət naziri Ernest Urtasun ölkənin yayım şirkəti olan RTVE-yə İsrailin də iştirak edəcəyi təqdirdə müsabiqədən çıxmağı təklif edib. Kanal bu təklifi nəzərdən keçirmək qərarına gəlib, görüş sabah baş tutacaq.

Bu arada Hollandiyan "EBU (Avropa Yayım Birliyi) İsraili qəbul etdiyi müddətcə iştirakımız mümkün olmayacaq" deyib və İsrailin mövqeyinin öz dəyərlərinə uyğun olmadığını bildirib.

Sloveniya isə EBU-ya hazırkı şəraitdə iştirak etməyəcəyi barədə məlumat verib.
 
İslandiya EBU Baş Assambleyası dekabrda qərar verənə qədər iştirakının qeyri-müəyyən olduğunu açıqlayıb.

"Avroviziya" boykotuna daha çox ölkənin qoşulacağı gözlənilir.

Müsabiqənin 2026-cı il buraxılışı gələn ilin may ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
 
 
 

Seçilən
4
7news.az

1Mənbələr