AZ

Erməni separatçılarını indi məzarlıq bir araya gətirir

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanda radikal müxalifətin təmsil olunduğu “Ermənistan” parlament blokunun üzvləri bu gün İrəvandakı “Yerablur” məzarlığına baş çəkiblər. Reyting.az erməni mediasına istinadla xəbər verir ki, qəbirstanlıqda keçirilən tədbirdə “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyan da iştirak edib.Burada anti-Azərbaycan mövqeyində olan erməni müxalifətinin deputatlarını bir vaxtlar özünü Qarabağdakı “Arsax” adlı qondarma qurumun “prezidenti” kimi təqdim edən Samvel Şahramanyan qarşılayıb. Erməni mediası tərəflərin qucaqlaşdığını xüsusi qeyd edib. Bildirilib ki, bir vaxtlar özünü Qarabağ ermənilərinin dini rəhbəri hesab edən “yepiskop” Vrtanes Abrahamyan da “Yerablur”dakı tədbirə qatılıb.V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
reyting.az

3Mənbələr