AZ

Almaniyada qaçqınların sayı son 14 ildə ilk dəfə azalıb

ain.az, Azpost saytına istinadən bildirir.

Almaniyadakı qaçqınların sayı 2011-ci ildən bəri ilk dəfə azalıb.

AzPost dpa Agentliyinə istinadən bildirir ki, Almaniya hökumətinin məlumatına görə, Almaniyada yaşayan qaçqınların ümumi sayı 2025-ci ilin ilk altı ayında təxminən 50 min nəfər azalaraq 3 milyon 545 min nəfərdən 3 milyon 495 milyon nəfərə düşüb.

Bu barədə dpa xəbər agentliyi Almaniya Nazirlər Kabinetinin Sol Partiyasının sorğusu əsasında təqdim etdiyi cavaba istinadən məlumat yayıb.

Bu qaçqınlar arasında müxtəlif yaşayış statusu olan, o cümlədən Ukraynadan olan qaçqınlar var. Hesabat göstərir ki, hazırda Almaniyada təxminən 492 000 nəfər qeyri-müəyyən statusa malikdir.

Sol Partiya hesab edir ki, qaçqınların sayının azalması deportasiyaların artması, Aİ sərhədlərinin möhkəmləndirilməsi və vətəndaşlığın qəbulu ilə bağlıdır.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə 83 150 Suriya vətəndaşı Almaniya vətəndaşlığını qəbul edib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azpost.info

2Mənbələr