AZ

Şəhidlərimiz yalnız torpağı deyil, Konstitusiyamızı da azad etdilər Komitə sədri

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Ərazi bütövlüyümüz bütövlüyümzün ərazisidir. Şəhidlərimiz yalnız torpağı deyil, Konstitusiyamızı da azad etdilər. Onlar bizə təkcə ərazi deyil, şərəfli və hüquqi gələcəyi də miras qoydular. Qələbənin müəllifi ordudur, vəkili Konstitusiyadır, ruhu isə şəhidlərimizdir. Qanla yazılan Konstitusiya heç vaxt silinə bilməz".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, işğal dövrü konstitusiyanın sınağı oldu, o yalnız statik hüquqi sənəd deyil, canlıdır, xalq müqavimətinin və dirənişinin ideoloji bəyannaməsi olduğunu göstərdi:

"Qələbə Konstitusiyası artıq Zəfərimizin manifestidir. Onun hər sətrində mübarizə, təntənə və haqqımız var. Əvvəl maddə idi, indi reallıqdır, əvvəl xəyal idi, indi gerçəklikdir. Əvvəl itirilmişdi, indi  əbədi qaytarmışıq. Prezident İlham Əliyev azad torpaqlarda hər evin açarını daimi qayıdışın simvolu kimi tədim edir və deyir - Siz yurdunuzda əbədi yaşayacaqsınız. Suverenlik zəiflərə verilən deyil, güclülərin qazandığı haqqdır. Qarabağda ucalan hər məktəb, hər mədəniyyət mərkəzi, milli suverenliyin simvolu olacaq. Buradan dünyaya yayılan mesaj aydındır: Azərbaycan  gələcəyini özü qurur. Konstitusiya və suverenlik sadəcə dövlətçilik terminləri deyil, milli varlığımızın simvoludur. Biz silahla qazandığımızı qanunlarla qorumalıyıq. Suverenlik dövlətin xalqı yaxşı yaşatmaq vəzifəsidir. Konstitusiya sadəcə əraziyə sahib olmaq, hipotetik hüquqlar deyil, məcburi legitimlikdir. Qələbəmiz 90-cı illər işğalın və ərazi iddialarının simvoluna çevrilən Ermənistan Konstitusiyasını dəyişdirməkdədir. Gələcək nəsil yalnız coğrafiyanı deyil, qələbəmizi miras almalıdır. Biz haqqımızı savaşla bərpa etdik, indi isə onu ədalətlə, qanunla, Konstitusiya ilə yaşatmaq zamanıdır!"

Anar Kəlbiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
3
unikal.az

4Mənbələr