AZ

Azərbaycanın orta illik qeyri-suveren maliyyələşməsi 2,6 dəfə artıb - AİB

2008-2024-cü illərdə Azərbaycanda təsdiqlənmiş qeyri-suveren əməliyyatların həcmi 2,6 milyard ABŞ dolları təşkil edib.

Finss.az Avrasiya İnkişaf Bankının hesabatına əsasən xəbər verir ki, əsas investorlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (848 milyon dollar), Asiya İnkişaf Bankı (791 milyon dollar), Beynəlxalq Maliyyə Korporasiyası (209 milyon dollar)Asiya İnfrastruktur İnvestisiya Bankı (170 milyon dollar) qeyd olunur.

Maliyyələşmənin prioritet istiqamətləri energetika (714 milyon dollar)maliyyə sektoru (517 milyon dollar) olub. Hesabata əsasən, Azərbaycanda orta illik maliyyələşmə həcmi 2008–2010-cu illərdə 108 milyon dollar ikən, 2022–2024-cü illərdə 280 milyon dollara yüksəlmişdir ki, bu da 2,6 dəfə artım deməkdir.

AİB ekspertləri bildiriblər ki, Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Ermənistan, Gürcüstan) beynəlxalq maliyyə təşkilatlarının təsdiqlədiyi qeyri-suveren maliyyələşmə 2008–2024-cü illər ərzində 11,3 milyard dollar olub. Hesabata görə, Cənubi Qafqazın BMT qeyri-suveren əməliyyatlarının ümumi Avrasiya regionundakı payı 2008–2010-cu illərdə 9 faizdən 2022–2024-cü illərdə 20 faizə yüksəlib. Bu dövrdə orta maliyyələşmə həcmi 0,4 milyard dollardan 1,1 milyard dollara çatıb.

Hesabatda vurğulanır ki, maliyyələşmənin əsas sahələri beynəlxalq maliyyə təşkilatlarının Mərkəzi Asiyada prioritet verdiyi sahələr, yəni energetika və maliyyə sektorları ilə üst-üstə düşür. Eyni zamanda, BMT-lərin investisiya cəlbetmə dinamizmi Mərkəzi Asiyadakı göstəricilərlə müqayisədə aşağıdır, ki, bu da regionların iqtisadi miqyas fərqləri, az investisiya potensialı və Cənubi Qafqaz ölkələrinin zəif regional bağlılığı ilə izah olunur.

Seçilən
20
1
fins.az

3Mənbələr