AZ

Bir dövrün ulduzu indi küçələrdə Foto

ain.az bildirir, Tribuna saytına əsaslanaraq.

1990-cı illərdə Avropa idman səhnəsində parlayan rusiyalı fiqurlu konkisürən Elena Qolyakovanın həyatı sonradan gözlənilməz şəkildə faciəyə çevrilib. Həm gözəl, həm də dünyaca məşhur Elena indi küçələrdə səfil həyatı yaşayır.

Tribunainfo.az xəbər verir ki, gənc yaşlarında buz üzərindəki incəliyi və gücü ilə tamaşaçıların rəğbətini qazanan Elena öz nəslinin ən parlaq ulduzlarından biri hesab olunurdu. Ancaq taleyin ona hazırladığı yol fərqli oldu.

2000-ci ildə həyat yoldaşı və məşqçisi Nikolay Svitovla birlikdə Meksikaya köçən Elena Monterrey şəhərində fiqurlu konkisürmə akademiyası açır. Qısa müddət ərzində bölgədə bu idman növünə maraq oyatmağa nail olsalar da, bir neçə ildən sonra akademiya bağlanır. Ardınca 2006-cı ildə həyat yoldaşından boşanır.

2010-cu ildə isə ən ağır zərbəni alır. Elenaya “paranoid şizofreniya” diaqnozu qoyulur.

Xəstəlik onun həyatını tamamilə dəyişir. Bir vaxtlar buz meydanlarının ulduzu olan idmançı artıq Jalisco əyalətinin Tepatitlan küçələrində, əlində köhnə alış-veriş arabası ilə dolaşır.

Məhəlləlilərin dediyinə görə, Elena tez-tez qarışıq şəkildə rusca və ingiliscə danışır, amma çoxları onu başa düşə bilmir. Yardım etmək istəyənlər çox olsa da, qadın ya dili bilmədiyi, ya da xəstəliyin yaratdığı qorxular səbəbindən əksər təklifləri rədd edib.

Hazırda Elena dövlətin təmin etdiyi sığınacaqlarda yaşayır və gündəlik həyat uğrunda mübarizə aparır.

Onun hekayəsi həm şəxsi faciə, həm də cəmiyyət üçün bir xəbərdarlıqdır:

Şöhrət bir gün sönə bilər, amma insanın ruh sağlamlığı ən dəyərli sərvətdir.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr